İranda hürriyyət

Cəlil məmmədquluzadə

Bizim məscidin dalında, qapının səkisində əlli-əlli beş yaşında bir kişi oturub kasıblıq edir; bunun peşəsi bisavad müsəlmanlara və çox vaxt İran qəriblərinə məktub yazmaqdır. Bu kişinin adı Məşədi Molla Həsəndir.

 

Məşədini burada yayda da görmək olar, qışda da, payızda da və baharda da. Gah vaxt yay fəsli küçə ilə keçən vaxt görürsən ki, Məşədi Molla Həsən başını dayayıb səkinin bucağına, mürgüləyir, ya bir özgə vaxt keçəndə görürsən: bir o taylı çömbəlib Məşədinin qabağında və Məşədi gözlüyü burnunun üstə keçirdib, sol dizi üstə əlinin içində yarım vərəq çirkli kağız tutub o başını yuxarı qalxızıb, gözlüyün altından kağıza baxıb, farsca oxuyur: "Və saniyən: əgər bizim vilayətin əhvalını xəbər almaq istəsəniz, lillahülhəmd, sağ və salamat sizin ömrünüzə duagu varıq və özgə bir nigaranlığımız yoxdur, savay sizin ayrılığınızdan; xudavəndi-aləm bir səbəb salsaydı ki, sizi mən bir də görə idim...."

منبع : ملانصرالدین (Molla Nəsrəddin)İranda hürriyyət
برچسب ها : vaxt ,məşədi ,məşədi molla ,iranda hürriyyət دانلود زيرنويس فارسي